Əsas Səhifə > Dünya > Qazaxıstandan “Google” vergisi” tətbiq edilməyə başlanılıb

Qazaxıstandan “Google” vergisi” tətbiq edilməyə başlanılıb


2-01-2022, 10:25

 

Qazaxıstanda 2022-ci ilin yanvarın 1-dən etibarən xarici internet şirkətlərinin fəaliyyətinə vergi tətbiq olunacaq.

Sözügedən vergi “Google”a vergi” də adlandırılır.

Qeyd edilən tarixdən etibarən ölkə ərazisində onlayn-platforma vasitəsilə xidmət və məhsul təklif edən xarici şirkətlər dövlət büdcəsinə 12 faiz əlavə dəyər vergisi ödəyəcəklər.

Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, bununla ölkə büdcəsinə illik iki milyard təngə gəlir daxil olacaq.


Şəffaflıq.az
Geri qayıt