Əsas Səhifə > Hadisə > Hacıqabul rayonunda zəncirvari qəzada 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Hacıqabul rayonunda zəncirvari qəzada 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.


1-01-2022, 13:31
 Hacıqabul rayonunda zəncirvari qəzada 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Şəffaflıq.az-ın məlumatına görə, qəza nəticəsində Sabirabad rayon sakini, 1970-ci il təvəllüdlü Ələkbərov Cəlil Ələkbər oğlu ölüb.
Hazırda 7 yaralının adları məlumdur, 6 nəfərin şəxsiyyəti isə dəqiqləşdirilir.
Bildirilib ki, körpünün üzərində “VAZ-2107” markalı avtomobil “Mercedes” markalı nəqliyyat vasitəsinə arxadan çırpılıb. Bu zaman avtomobillərdə olanlara kömək məqsədilə Sabirabad rayon sakini, 1970-ci il təvəllüdlü Ələkbərov Cəlil Ələkbər maşınından düşüb. Bu zaman sürətlə hərəkətdə olan sərnişin avtobusu sözügedən avtomobillərə çırpılıb. Nəticədə 10 maşına ciddi ziyan dəyib. C.Ələkbərov isə hadisə yerində ölüb.

Geri qayıt