Əsas Səhifə > --- > Şamaxıda baş vermiş zəlzələnin fəsadı, ailəni ağır durumda yaşadır: FOTO
Şamaxıda baş vermiş zəlzələnin fəsadı, ailəni ağır durumda yaşadır: FOTO7-08-2019, 02:03 |
Fevralın 5-6-da Şamaxıda baş vermiş zəlzələ zamanı bəzi evlər tamamilə dağıldı, yüzlərlə ev qəzalı vəziyyətə düşdü. Hadisədən dərhal sonra dövlət başçısının tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin yerlərdə komissiyası yaradıldı. Evlərə baxış keçirən komissiya zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş və ya bərpaya ehtiyacı olan evləri müəyyənləşdirib. Məlumat üçün bildirirk ki, təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin Şamaxıya gəlişi, mövcud vəziyyətlə yerindəcə tanış olması, sakinlərə dəyən zərərin qısa müddətdə aradan qaldırılması ilə bağlı konkret tapşırıqları verilimişdir. Rayonda sakinlərə dəyən ziyanla əlaqədar 5985 müraciət daxil olub. Bu müraciətlərin 5974-nə baxılıb. Baxış keçirilən evlərin 2699-u şəhərdə, 448-i qəsəbədə, 2827-si isə kəndlərdədir. Müəyyən edilib ki, evlərdən 358-i kəskin qəzalı vəziyyətdədir. Bundan başqa, 1358 evdə bərpa-gücləndirmə işlərinə ehtiyac olub. Evlərin 2360-ı isə təmirə ehtiyacı olanlardır. Fövqəladə Hallar Nazirliyi fevralın 5-6-da baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə bağlı, Şamaxıda aparılan işlərlərindən, şamaxı sakinlərinin əksəriyyəti narazılıqlarını bildirirlər. Nazirliyin zəlzələ bölgəsi üzrə qərargahının rəisi Həsən Qasımzadədən mövcud vəziyyətlə bağlı zərər çəkmiş sakinlərin əksəriyyəti Şəffaflıq.az-ın reyaksiyasına narazılıq məktubu ilə müraciət ediblər. Sakinlərin dediklərinə görə qərargah rəisinə müraciət edən zaman hər dəfə gəlib yenidən baxış keçirəcəklərini bildirərək vədlər verir, günlərlə gözləsələr də gələn olmur! Belə sakinlərdən biridə Şamaxı şəhər Cəlil Məmmədquluzadə ev 10-da yaşayan Nəbiyeb Samir Nəbi oğludur.Samir 4 azyaşlı uşaq atasıdır, 6 nəfər ailə üzvündən ibarət ailə başçısıdır. İşsizdir maddi imkanıda az təminatlı ailələrdəndir. onun yaşadığı 2 mərtəbəli evin birinci mərtəbəsinin divarları uçub qəzalı vəziyyətə düşüb 2-ci mərtəbə də isə, böyük çatlar əmələ gəlib, hər gün evin divar və tavanlarında çatların artması hiss olunur, evdə yaşanması olduqca qorxulu vəziyyətə gəlib çatmışdır. Samir Nəbiyev əlavə olaraq onuda bildirir ki, zəlzəlz baş verəndən sonra evlərinin birinci mərtəbəsindən məlum olmayan səbəbdən su sızmaları və qurunt sularının gəlməsi baş verib elə o vaxtdan da evdə çökmə halları ilədə üzləşiblər. Samir Nəbiyevin redaksiyanıza müraciət səbəbi üzləşdiyi haqsızlıqla bağlıdır. O,bildirir ki zəlzələ baş verəndən sonra FHN-nin nümayyəndələri evə baxış keçiriblər, bildiriblər ki təmirə ehtiyac var. əsaslı tikintiyə ehtiyac olan evə, dəfələrlə müraciət etsəmdə heç belə eşitmək istəmirlər. Təmir edəcəkləri evdə bir neçə aydan sonra əvvəlki vəziyyətinə düşmüş olacaq. Odur ki sizdən xahiş edirəm ki, mənim müraciətimizi qəbul edib səsimizə səs verib qarşılaşdığımız problemin aradan qaldırılmasında bizə yaxından köməklik göstərəsiniz. Qeyd edək ki, Şamaxıda, şəhər və kəndlərdə tikinti bərpası və təmiri aparılan evlərdə o cümlədən, baxımsız qalan evlərlə bağlı bəzi şayələr baş alıb getməkdə davam etdirilir, Şəffaflıq.az olaraq həmin şayələrin doğru olub olmağığını tam əldə etdikdən sonra bununla bağlı məlumatlarıda, dərc edəcəyik. Şəffaflıq.az Geri qayıt |