Əsas Səhifə > ƏSAS XƏBƏR > Nikahla bağlı yeni rüsumlar qüvvəyə minib
Nikahla bağlı yeni rüsumlar qüvvəyə minib1-01-2022, 10:23 |
Bu gündən Azərbaycanda nikahın qeydə alınması və pozulmasına görə yeni rüsumlar qüvvəyə minib. Bu, “Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklərdə əksini tapıb. Belə ki, nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata qaldırılıb. Bundan başqa, yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı, həmçinin məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) nikahın pozulmasının qeydə alınması üçün dövlət rüsumunun məbləği 15 manatdan 20 manata dəyişdirilib. Şəffaflıq.az Geri qayıt |