Əsas Səhifə > SAĞLAMLIQ / Dünya > Çin 120 ölkə və təşkilata iki milyard doza COVID peyvəndi göndərib

Çin 120 ölkə və təşkilata iki milyard doza COVID peyvəndi göndərib


1-01-2022, 10:19

 

Çin pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətlə qüvvələri birləşdirməyə çalışır. Bununla əlaqədar artıq 120-dən çox ölkə və beynəlxalq təşkilatlara 2 milyard doza koronavirus vaksini göndərilib.

Bu barədə cümə günü Çin Xalq Respublikasının sədri Si Cinpin Yeni il münasibətilə ölkə əhalisinə təbrik nitqində məlumat verib.

Çin lideri xatırladıb ki, o, mütəmadi olaraq digər dövlətlərin başçıları, eləcə də iri beynəlxalq strukturların rəhbərləri ilə telefon və videokonfrans vasitəsilə əlaqə saxlayır.

Onun sözlərinə görə, pandemiyaya qalib gəlmək üçün beynəlxalq ictimaiyyət qüvvələrini birləşdirməlidir.


Şəffaflıq.az
Geri qayıt