Əsas Səhifə > ƏSAS XƏBƏR > Sürücülük vəsiqəsi ilə bağlı yeni rüsumlar tətbiq olunacaq

Sürücülük vəsiqəsi ilə bağlı yeni rüsumlar tətbiq olunacaq


1-01-2022, 00:36

 

Bu gündən Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə yeni rüsumlar tətbiq olunacaq.

Şəffaflıq.az xəbər verir ki, bu, "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliklərdə əksini tapıb.


Belə ki, yanvarın 1-dən avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılıb.


- Avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə rüsum 10 manat artırılaraq 20 manat məbləğində müəyyənləşib.


- Digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçünrüsum artırılaraq 10 manat məbləğində müəyyənləşib. Əvvəl bu rəqəm 5 manat idi.

Geri qayıt