Əsas Səhifə > MANŞET > Milli Məclis Azərbaycan Prezidenti və Birinci vitse-prezidenti təbrik edib
Milli Məclis Azərbaycan Prezidenti və Birinci vitse-prezidenti təbrik edib30-12-2021, 15:12 |
Milli Məclis 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib. Şəffaflıq.az-ın xəbərinə görə, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubunun ünvanlanmasını təklif edib. Deputatlar sədrin təklifinə dəstəklərini alqışlarla bildiriblər. Geri qayıt |