Əsas Səhifə > Cəmiyyət > Gələn il Azərbaycanda 3 milyon ağacın əkilməsi planlaşdırılır

Gələn il Azərbaycanda 3 milyon ağacın əkilməsi planlaşdırılır


29-12-2021, 12:22
"Bu il ölkədə 2 milyon ağac əkilib. Bunlardan 1 milyonu "Yaşıl marafon" çərçivəsində həyata keçirilib. Növbəti ildə də 3 milyon ağacın əkilməsi planlaşdırılır".
"Report" xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Onun sözlərinə görə, meşə ərazilərində 870 ha sahədə 8000-dən çox tinglər əkilib: "Həmin ərazilərə 23 tondan toxum səpilib".

Geri qayıt