Əsas Səhifə > Səhiyyə / Dünya > Fransada quş qripi yayılır

Fransada quş qripi yayılır


27-12-2021, 23:01

 

Fransanın qaz əti məhsulları istehsalı ilə məşhur olan Land bölgəsində quş qripi yayılıb.

Ölkə mətbuatında yer alan xəbərə görə, ilk dəfə dekabrın 19-da bir fermada aşkarlanan xəstəlik artıq Landın Malossan, Man və Kastelner komunnnalarındakı ümumilikdə altı qaz təsərrüfatına sıçrayıb.


Məlumata görə, bu təsərrüfatlarda olan bütün heyvanlar məhv edilib. Təsərrüfatların ətrafında 3 kilometr enində qoruq sahəsi və 10 kilometr enində müşahidə zonası yaradılıb.


Qeyd edək ki, Fransada keçən ilin noyabr ayından bu ilin may ayınadək davam edən öncəki epidemiya zamanı 3,5 milyon ev quşu məhv edilib.


Şəffaflıq.az
Geri qayıt