Əsas Səhifə > SAĞLAMLIQ / Dünya > Çində yoluxma sayında ilin rekordu qeydə alınıb

Çində yoluxma sayında ilin rekordu qeydə alınıb


26-12-2021, 18:29

 

Çində koronavirusa yoluxma sayı cari li ərzində ən yüksək həddə çatıb.

Ötən sutka ərzində ölkədə 235 yeni yoluxma hadisəsi qeydə alıb ki, bu da 2021-ci il yanvarın 20-də Çinin şimalında və şimal-şərqində infeksiya ocağının aşkarlanmasından bəri ən yüksək göstəricidir.

Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin bazar günü dərc etdiyi məlumatlara əsasən, yeni yoluxanlardan 76-sı xarici ölkələrdən gəlib.

Xəstələrdən 206 nəfərində hərarət, öskürək və halsızlıq müşahidə olunur, qalan 29 nəfər isə asemptomatik daşıyıcıdır.


Şəffaflıq.az
Geri qayıt