Əsas Səhifə > Hadisə / Dünya > Yaponiyada 6 bal gücündə zəlzələ baş verib
Yaponiyada 6 bal gücündə zəlzələ baş verib26-12-2021, 18:25 |
Yaponiyanın cənubundakı ucqar Miyako adasında 6,0 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə ölkənin milli meteorologiya idarəsi məlumat yayıb. Zəlzələnin episentri Şərqi Çin dənizi akvatoriyasında 40 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Okinava prefekturasının adalarında, o cümlədən onun inzibati mərkəzi - Naha şəhərində hiss olunub. Yeraltı təkanlar sunami təhlükəsi yaratmayıb. Həmçinin, tələfat və dağıntılar barədə də məlumat verilməyib. Şəffaflıq.az Geri qayıt |