Əsas Səhifə > ƏSAS XƏBƏR / Dünya > Koreyanın həbsdə olan prezidenti əfv olunacaq
Koreyanın həbsdə olan prezidenti əfv olunacaq25-12-2021, 17:37 |
Koreya Respublikasının hakimiyyət orqanları korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 22 il həbs cəzası çəkən keçmiş prezident Pak Kın Heni əfv edəcək. Bildirilir ki, 69 yaşlı Pak Kın He yeni il bayramları ilə bağlı amnistiya olunan şəxslərin siyahısına daxil edilib. Müvafiq qərar onun səhhətinin vəziyyəti nəzərə alınaraq humanitar səbəblərə görə verilib. 2019-cu ildə Park Kın He çiynindən əməliyyat olunub, bu il isə eks-prezident çiyin və onurğa sütununda xroniki ağrılar səbəbindən üç dəfə xəstəxanaya yerləşdirilib. Pak Kın He ətrafında siyasi qalmaqal 2016-cı ilin oktyabrında rəfiqəsi Çoi Sun Silin dövlət başçısına təsiri barədə məlumatların mətbuatda yer almasından sonra yaranıb. Qalmaqalın araşdırılması nəticəsində məlum olub ki, prezidentin rəfiqəsi bir neçə il ərzində dövlət idarəçiliyinin təfərrüatına bələd olub və siyasi qərarların qəbuluna müdaxilə edib. Bundan başqa, prezidentin rəfiqəsi bir sıra şirkətlərə təzyiq vasitəsilə nəzarətində olan fondlara on milyonlarla dollar vəsait köçürübmüş. Şəffaflıq.az Geri qayıt |