Əsas Səhifə > Cəmiyyət > Deputat: "Prezident insanların sosial vəziyyətinin yaxşılaşdırılmasını hər zaman diqqətdə saxlayıb"
Deputat: "Prezident insanların sosial vəziyyətinin yaxşılaşdırılmasını hər zaman diqqətdə saxlayıb"24-12-2021, 12:25 |
"Azərbaycan Prezidenti insanların sosial vəziyyətinin yaxşılaşdırılmasını hər zaman diqqətdə saxlayıb. Dövlət başçısı ölkəmizin iqtisadiyyatının inkişafı üçün çox ciddi addımlar atıb". “Report”un məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, son günlər Prezident İlham Əliyev maaş artımı ilə bağlı çox ciddi fərmanlar imzalayıb: "Həmin artımlar 4 milyona yaxın insanı əhatə edəcək”. Deputat bildirib ki, Prezident İlham Əliyev 44 günlük müharibədə Azərbaycanın haqq səsini dünyaya çatdırıb: “Dövlət başçısı artıq dünyada tanınan və qəbul dilən liderdir". Geri qayıt |