Əsas Səhifə > ELM VƏ TƏHSİL > Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevi təbrik edib23-12-2021, 13:01 |
Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Şəffaflıq.az xəbər verir ki, məktubda deyilir: "Möhtərəm cənab Prezident, Sizi Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi qəbul etməyinizi xahiş edirəm. Xüsusi olaraq vurğulamaq istərdim ki, Sizin liderliyiniz və müdrik siyasətiniz sayəsində Azərbaycan Respublikası Cənubi Qafqazın aparıcı ölkəsi kimi regionumuzda sabitlik və əmin-amanlıq amili olaraq beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirmiş və regional siyasətin formalaşdırılmasında strateji dövlətə çevrilmişdir. Eyni zamanda qardaş Azərbaycanın, habelə bütün türk dünyasının tarixində yeni bir səhifə açan 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan kimi qazandığınız şanlı Qələbə regionumuzda hərtərəfli əməkdaşlıq və davamlı inkişaf üçün yeni münasibətlərin təməlini qoymuşdur. Qarabağın işğaldan azad edilməsi yolunda göstərdiyiniz səylərə və türk birliyinin daha da güclənməsi işinə verdiyiniz töhfələrə görə təşkilatımızın İstanbulda keçirilmiş VIII Zirvə görüşündə dövlət başçıları tərəfindən “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməyinizi qardaş xalqlarımız türk dövlətlərinin Azərbaycanla birlik və həmrəyliyinin bariz numunəsi kimi böyük rəğbətlə qarşılamışlar. Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatının yaradılması və daha da gücləndirilməsində mühüm rol oynadığını bir daha qürurla vurğulayaraq qeyd etmək istərdim ki, sədrliyiniz dövründə türk dövlətləri arasındakı əməkdaşlıq yeni müstəviyə yönəlmiş və təşkilatımız regionda daha da cəlbedici platformaya çevrilmişdir. Zati-aliləri, fürsətdən istifadə edib Sizə bir daha möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar, qardaş Azərbaycan xalqına rifah, firavanlıq və xoşbəxtlik arzulayıram". Geri qayıt |