Əsas Səhifə > ELM VƏ TƏHSİL > Azərbaycanda xarici diplomların tanınması qaydaları dəyişdirilir
Azərbaycanda xarici diplomların tanınması qaydaları dəyişdirilir23-12-2021, 12:56 |
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib". "Report" xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Orucov deyib. O bildirib ki, növbəti il üçün diplomların tanınması başqa formata keçəcək: "Yeni layihədə qismən tanınma anlayışı olacaq. Bir çox ölkələrin ali məktəblərində, xüsusilə də tibb sahəsində tədris normativi Azərbaycanda nəzərdə tutulan tədris normativindən daha aşağıdır. Bu zaman onların bilikləri yetərli olmur. Yeni qaydalar layihəsində qismən tanınma anlayışı olacaq və tələbələrin əldə etdikləri biliklər tərəfimizdən tanınacaq. Onlara hüquq veriləcək ki, Azərbaycanda mövcud olan digər ali təhsil müəssisələrində çatışmayan kreditləri əldə edə və ixtisasını tamamlaya bilsinlər. Proseslə bağlı uzun müddətdir ki, müzakirələr aparılıb. Hesab edirəm ki, növbəti ilin əvvəlində layihə təsdiq olunacaq. Yeni dəyişiklikdən sonra həmin şəxslərin kreditləri tanınacaq və qismən tanınma şəhadətnaməsi veriləcək". Geri qayıt |