Əsas Səhifə > ELM VƏ TƏHSİL > Universitetlər üçün yeni akkreditasiya meyarları və indikatorları hazırlanıb
Universitetlər üçün yeni akkreditasiya meyarları və indikatorları hazırlanıb23-12-2021, 12:25 |
"Bu ali təhsil müəssisələrində yeni prosesə başlanılıb. Hazırda ali təhsil sahəsində akkreditasiyanın beynəlxalq rəqabət qabiliyyətli aparılması üçün akkreditasiya meyarları və indikatorları hazırlanıb". "Report" xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Eldar Orucov keçirdiyi brifinqdə deyib. O qeyd edib ki, həmin layihənin yaxın vaxtlarda Təhsil Nazirliyinin kollegiyasının qərarı ilə təsdiqlənməsi gözlənilir: "Artıq yeni formatda ölçüləbilən meyarlarla akkreditasiya proseslərini həyata keçirə biləcəyik. Yeni layihənin detallarına gəlincə, şəxsi mütaliələrin və ehtimal nəzəriyyəsi olmadan rəqəmsal ölçüləbilən bir akkreditasiya meyarları hazırlanıb. Bu ali təhsil müəssisələrinə göndərildikdən sonra universitetlər o meyarlara əsasən keyfiyyət təminatının tənzimlənməsi üçün özləri özünüqiymətləndirmə hesabatları hazırlayacaqlar". "Bu ölçüləbilən olacaq və daxili keyfiyyət təminatı prosesinə cavabdeh ali təhsil müəssisələrinin struktur bölmələrinin verdiyi hesabatlar əsasında Akkreditasiya və Nostrifikasiya Agentliyinin cəlb etdiyi müstəqil ekspertlər vasitəsilə eyni kriteriyalar üzrə kənar yoxlama, yəni xarici keyfiyyət təminatı haqqında əminlik yaradacaqlar. Bu proses bitdikdən sonra qəbul olunan yoxlama aktları Akkreditasiya şöbəsinə təqdim olunacaq. Həmin şöbə də təhsil müəssisəsi haqqında növbəti fəaliyyət dövrü üçün qərarlar qəbul edəcək", - E.Orucov vurğulayıb. Geri qayıt |