Əsas Səhifə > Hadisə > Bakıda 8 yaşlı uşağı avtomobil vuraraq öldürüb

Bakıda 8 yaşlı uşağı avtomobil vuraraq öldürüb


21-12-2021, 10:46
Bakıda 8 yaşlı uşağı avtomobil vuraraq öldürüb.
APA xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Fatmayı bağları massivində qeydə alınıb.
2002-ci il təvəllüdlü Fəxri Xubyarov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Ömər Ələsgərovu vurub. 8 yaşlı uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.

Geri qayıt