Əsas Səhifə > Hadisə > Bakı Şəhər Pirallahı Rayon Məhkəməsinin sədri Tapdıq Mahmudov dünyasını dəyişib.

Bakı Şəhər Pirallahı Rayon Məhkəməsinin sədri Tapdıq Mahmudov dünyasını dəyişib.


20-12-2021, 17:48
 Azərbaycanda məhkəmə sədri vəfat edib.
Bu barədə  Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.
Bildirilib ki, Bakı Şəhər Pirallahı Rayon Məhkəməsinin sədri Tapdıq Mahmudov dekabrın 19-da 60 yaşında dünyasını dəyişib.
O, şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, 1961-ci il təvəllüdlü T.Mahmudov 2000-2007-ci illərdə Nəsimi Rayon Məhkəməsinin hakimi, 2007-2015-ci illərdə Ali Məhkəmənin hakimi, Hərbi Kollegiyasının sədri, 2015-2021-ci illərdə Gəncə Apelyasiya Məhkəməsinin sədri olub. O, 2021-ci ildən isə Pirallahı Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb.

Şəffaflıq.az
Geri qayıt