Əsas Səhifə > SİYASƏT > Vitse-prezidentlərə ömürlük diplomatik pasportun verilməsinə dair layihə qəbul edilib
Vitse-prezidentlərə ömürlük diplomatik pasportun verilməsinə dair layihə qəbul edilib20-12-2021, 12:00 |
Milli Məclisin bu gün keçirilən iclasında "Pasportlar haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Şəffaflıq.az-ın xəbərinə görə, dəyişikliklə diplomatik pasport veriləcək şəxslərin siyahısı genişləndirilir. Belə ki, dəyişikliklə Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək. Digər bir dəyişikliklə isə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək. Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib. Geri qayıt |