Əsas Səhifə > FUTBOL > Sənan Qurbanov: "Qış fasiləsində islahatlar olacaq"
Sənan Qurbanov: "Qış fasiləsində islahatlar olacaq"15-12-2021, 23:48 |
"Fasilə ərəfəsində son matçımız bizim üçün çox vacib idi. Çünki son sıralarda getmək istəmirdik. Futbolçular bunu başa düşürdülər. Kubok oyunlarında da, indi də futbolçular çox qaçdılar. Xarakter göstərdik və qələbə qazandıq". Şəffaflıq.az-ın məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XIV tur oyunundan sonra mətbuat konfransında deyib. 41 yaşlı mütəxəssis bildirib ki, qış fasiləsində islahatlar olacaq: "Bunu son tura saxlamışdıq. Hələ təlim-məşq toplanışı barədə danışmamışıq. Qarşıdakı 2-3 gündə bilinəcək. Dəyişikliklər olacaq. Bəzi futbolçularla yolları ayırmaq fikrindəyik. Müqaviləsi bitən oyunçular var". Baş məşqçinin sözlərinə görə, klub 3 futbolçu ilə yolları ayırma astanasındadır: "Anatol Abanqla bağlı istəmədən qırmızı vərəqə olayları oldu. Onun məvacibi də yüksək idi. Buna görə yollarımız ayrılacaq. Nicat Qurbanov və Con Kamara ilə isə müqavilə pozulacaq". Qurbanov "Neftçi"dən icarəyə götürdükləri Rəhman Hacıyevin "Keşlə" üçün vacib oyunçu olduğunu söyləyib: "Onun komandada qalmasına çalışırıq, buraxmaq istəmirik. Məğlubiyyətlərdən sonra sarsılmışdı. Bunu daxildə həll etmək istəyirdik". Geri qayıt |