Əsas Səhifə > SİYASƏT > Azərbaycan Prezidenti: "Ermənistan istənilən düşmənçilik hərəkətlərindən çəkinməlidir"
Azərbaycan Prezidenti: "Ermənistan istənilən düşmənçilik hərəkətlərindən çəkinməlidir"15-12-2021, 11:39 |
![]() Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsində deyib. “İstənilən halda biz qonşuyuq və bizdən heç kim digər planetə uçası deyil. Biz yan-yana yaşamağı öyrənməli, münasibətlərin, o cümlədən insanlar arasında təmasların normallaşması üçün tədricən zəmin hazırlamalıyıq. Biz açıq şəkildə bəyan etmişik ki, buna hazırıq. Ancaq indiyədək heç bir müsbət siqnal gəlməyib”, - dövlət başçısı bildirib. Prezident qeyd edib ki, Ermənistanın müharibədə məğlubiyyəti yüksək gözləntilər və hərbi-siyasi potensialın qeyri-real qiymətləndirilməsi səbəbindən onların cəmiyyətində psixoloji travma yaradıb”. Geri qayıt |