Əsas Səhifə > Hadisə > Hacıqabul və Sabirabadda evlərini tərk edən koronavirus xəstələri aşkarlanıb
Hacıqabul və Sabirabadda evlərini tərk edən koronavirus xəstələri aşkarlanıb15-12-2021, 09:23 |
![]() DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Hacıqabul rayon sakini Mütəllim Allahveridiyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb. Lakin Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb. ![]() Faktlarla bağlı araşdırmalar aparılır. Şəffaflıq.az Geri qayıt |