Əsas Səhifə > REGİON / Cəmiyyət > Şamaxıda “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda seminar keçirilib
Şamaxıda “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda seminar keçirilib14-12-2021, 18:36 |
![]() Şəffaflıq.az xəbər verir ki, seminarda DQİDK-nin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə, Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev, Şamaxı RİH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Rəşad Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazısı Mərəhmət Mustafayev, idarə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, din xadimləri, müəllimlər və gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Rəşad Əliyev mövzunun əhəmiyyətindən danışıb. Natiq Azərbaycanda dinlərin və azsaylı xalqların nümayəndələrinin yaşadığını və müxtəlif dini konfessiyaların uzun əsrlərdən bəri sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, ölkəmizdə hər zaman başqa xalqların dilinə, dininə, mədəniyyətinə hörmətlə yanaşılıb. ![]() ![]() ![]() ![]() QMİ-nin Şamaxı bölgəsi üzrə qazısı Mərəhmət Mustafayev çıxışında dövlətin dinə və dindarlara qayğısından bəhs edib. M.Mustafayev bildirib ki, Azərbaycanın bütün bölgələrində, o cümlədən tarixi Zəfər qazandığımız 44 günlük Vətən müharibəsinin nəticəsində işğaldan azad edilmiş bölgələrdə yeni məscidlər inşa edilir və ya əsaslı təmir olunur. Geri qayıt |