Əsas Səhifə > SİYASƏT > Kamran Əliyev: "Ermənilər qanunsuz olaraq 100 milyon dollardan artıq vəsait toplayıb"

Kamran Əliyev: "Ermənilər qanunsuz olaraq 100 milyon dollardan artıq vəsait toplayıb"


14-12-2021, 18:13
"Ölkəmiz ianə toplanması fəaliyyətinin cinayətkarlıq məqsədləri ilə istifadə olunması faktı ilə də üzləşib".
Şəffaflıq.az-ın xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Misirin Şarm-əl-Şeyx şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Assembleyasının 9-cu Sessiyasında çıxışında deyib.
O bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə erməni mənşəli fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycanın suveren ərazilərində terrorçu fəaliyyətin həyata keçirilməsi məqsədilə 100 milyon ABŞ dollardan artıq qanunsuz vəsait toplanıb: "Bununla bağlı Baş Prokurorluq tərəfindən araşdırmalar aparılaraq müvafiq sübutlar əldə edilib".

Geri qayıt