Əsas Səhifə > MALİYYƏ > Mikayıl Cabbarov: “Bu il Azərbaycanın ÜDM-nin dəyəri 50 milyard dolları keçəcək”

Mikayıl Cabbarov: “Bu il Azərbaycanın ÜDM-nin dəyəri 50 milyard dolları keçəcək”


14-12-2021, 12:48
 “2021-ci ilin yekununda Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) dəyəri 50 milyard ABŞ dollarını keçəcəyini proqnozlaşdırırıq”.
Şəffaflıq.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Bu ilin 11 ayının nəticələrinə görə, ÜDM-in artım tempi 5,3%, o cümlədən qeyri-neft sektorunun artım tempi 6,4% olub. Qeyri-neft məhsullarının ixracının artımına gəldikdə, hesabat dövründə bu rəqəm 44% səviyyəsindədir və ilin sonuna qədər biz müvafiq dinamikanın qalacağını gözləyirik”, - deyə o, qeyd edib.

Geri qayıt