Əsas Səhifə > Hadisə > Şirvan şəhərində intihara cəhdin qarşısı alınıb
Şirvan şəhərində intihara cəhdin qarşısı alınıb11-12-2021, 09:36 |
![]() Bu barədə Şəffaflıq.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şirvan şəhərində 1 nəfər ikimərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Geri qayıt |