Əsas Səhifə > SON XƏBƏR > Osman Gündüz: "Media haqqında” qanun layihəsi onlayn medianin inkşafına əngəl ola bilər"
Osman Gündüz: "Media haqqında” qanun layihəsi onlayn medianin inkşafına əngəl ola bilər"10-12-2021, 14:04 |
“Azərbaycanda ilk dəfə onlayn medianın tənzimlənməsinə diqqət yetirilib. Lakin yeni sənəddə onlayn media tənzimlənməsi ifrat dərəcədə olub”. Bunu ekspert Osman Gündüz Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. O qeyd edib ki, onlayn medianın adı qanun layihəsində veb-sayt kimi yazılıb: “Amma bu, qanunvericilikdə yoxdur. Nəzərə almaq lazımdır ki, onlayn mediada biznes var. Onlayn mediayaya yanaşma tərzi bu sahənin inkişafının əngəllənməsi ola bilər. Onlayn medianın lisenziya alması fikri də başa düşülən deyil. Əgər internet televiziyaları üçün dövlət tezliyi yoxdursa, nə lisenziyalaşdırılacaq?! Bu, irəliyə yox, geriyə addım atmaq deməkdir. Əslində, bu layihənin qəbulu ilə inkişafdan söhbət getməlidir. Məhdudiyyət hiss edirəm və bu inkişafın, media qurumlarına pul qazanmağa imkan verməyəcək. Media müstəqil olmağı sevir. Yeni sənəddə internet televiziyaları üçün çox risklər var. Halbuki qlobal dünyanın tərkib hissəsiyik”. “Yeni layihəni oxumamışdan əvvəl bir çox ölkənin, eləcə də Ukraynanın bu sahədəki qanunvericiliyinin 70 % hissəsini müşahidə etdim” - O.Gündüz əlavə edib. Parlament sədrinin birinci müavini Əli Hüseynli isə ekspertə cavab olaraq qeyd edib ki, “Media haqqında” qanun layihəsinin hazırlanmasında Ukrayna təcrübəsindən istifadə edilməyib: “Beynəlxalq təcrübə var və bu oxşarlıq təşkil edə bilər”. Geri qayıt |