Əsas Səhifə > Hadisə > DİN özlərini avtomobilin altına atan dilənçilərlə bağlı yayılan görüntülərə münasibət bildirib
DİN özlərini avtomobilin altına atan dilənçilərlə bağlı yayılan görüntülərə münasibət bildirib10-12-2021, 10:25 |
![]() DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, yayılan videogörüntülər araşdırılır. “Bu barədə məlumatlıyıq. Artıq araşdırmalara başlanılıb”, - şöbə rəisi qeyd edib. Xatırladaq ki, sosial şəbəkələrdə paytaxt ərazisində dilənçiliklə məşğul olan şəxslərin özlərini avtomobilin altına atması ilə bağlı videogörüntülər yayılıb. Görüntülərdə həmin şəxslərin vətəndaşlar tərəfindən saxlanıldığı qeyd edilir. Geri qayıt |