Əsas Səhifə > Mədəniyyət > Azərbaycan Avropa Şurasının ilk rəqəmsal incəsənət sərgisində təmsil olunur
Azərbaycan Avropa Şurasının ilk rəqəmsal incəsənət sərgisində təmsil olunur9-12-2021, 20:06 |
![]() Qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, sərgidə nümayiş üçün Mədəniyyət Nazirliyi ilə birgə Faiq Əhmədin “DNA” və Rəşad Mehdiyevin “Nəzər – ruhun əbədiyyəti” (“Glance – eternity of the Soul”) əsərləri seçilib. Qurumun açıqlamasında göstərilir ki, mədəniyyət və yaradıcılıq sahəsinə mənfi təsir göstərən pandemiya böhranı bununla yanaşı insanları bir-birinə qovuşduran, onlara həyat eşqi bəxş edən incəsənətin əhəmiyyətini bir daha ortaya çıxarıb, sənətkarları tamaşaçıya doğru yeni, o cümlədən rəqəmsal yollar axtarıb tapmağa sövq edib. Məhz bütün bunları nəzərə alan Avropa Şurasının Mədəniyyət, İrs, Landşaft Komitəsi 2020-ci ilin sonunda bu rəqəmsal sərginin konsepsiyasını hazırlayıb. Sərgidə Avropa Şurasının bütün üzv ölkələrinin iştirak etməsi nəzərdə tutulur. Şəffaflıq.az Geri qayıt |