Əsas Səhifə > HƏRBİ > Zakir Həsənov Türkiyəyə başsağlığı verib

Zakir Həsənov Türkiyəyə başsağlığı verib


9-12-2021, 19:54
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İraqın şimalında 3 türk hərbçisinin şəhid olması ilə bağlı Türkiyəyə başsağlığı verib.
Şəffaflıq.az-ın məlumatına görə, başsağlığında deyilir:
“Pençe-Yıldırım" əməliyyat zonasında xaincəsinə həyata keçirilən terror hücumu nəticəsində şanlı türk ordusunun 3 hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır!
Allah rəhmət eləsin!”

Geri qayıt