Əsas Səhifə > SİYASƏT > Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu ilə bağlı qərar verib

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu ilə bağlı qərar verib


9-12-2021, 18:36
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Bu barədə məhkəmədən məlumat verilib.
İclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 16-cı və 75-ci maddələrinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.
Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun gələn il yanvarın 6-na təyin edilən iclasında baxılacaq.

Şəffaflıq.az
Geri qayıt