Əsas Səhifə > SAĞLAMLIQ > Azərbaycanda daha 1 315 nəfər koronavirusa yoluxub, 19 nəfər ölüb
Azərbaycanda daha 1 315 nəfər koronavirusa yoluxub, 19 nəfər ölüb9-12-2021, 17:08 |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1315 yeni yoluxma faktı qeydə alınıb, 1850 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Şəffaflıq.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 601 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 571 088 nəfər müalicə olunaraq sağalıb, 8 038 nəfər vəfat edib. 21 902 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 799, bu günə qədər isə ümumilikdə 5 644 853 test icra olunub. Geri qayıt |