Əsas Səhifə > Digər > Media reyestrinə daxil edilən jurnalistlərə vahid vəsiqə veriləcək

Media reyestrinə daxil edilən jurnalistlərə vahid vəsiqə veriləcək


9-12-2021, 14:32

 

Media reyestrinə daxil edilən jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək.

Şəffaflıq.az xəbər verir ki, bu, “Media haqqında” qanun layihəsinə dair əsaslandırmada əksini tapıb.


Qeyd edilib ki, informasiyaya dair tələblərin müəyyənləşdirilməsi, eyni zamanda ciddi medianın yaralı yeri olan müəllif hüquqlarının qorunmasına hüquqi təminatın verilməsi media subyektləri arasında sağlam rəqabət mühiti formalaşdıracaq.

Geri qayıt