Əsas Səhifə > Hadisə > Ötən gün toylara görə daha 4 nəfər cərimələnib
Ötən gün toylara görə daha 4 nəfər cərimələnib9-12-2021, 10:12 |
Dekabrın 8-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 122 toy şənliyinin monitorinqini həyata keçirib. DİN-in Mətbuat Xidmətindən Şəffaflıq.az-a verilən məlumata görə, monitorinq 119 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 26 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb. Geri qayıt |