Əsas Səhifə > Cəmiyyət > Azərbaycana fərdi zirehli geyimlərin və minaaxtaran itlərin idxalı 5 il müddətinə vergidən azad edilir
Azərbaycana fərdi zirehli geyimlərin və minaaxtaran itlərin idxalı 5 il müddətinə vergidən azad edilir8-12-2021, 09:45 |
Azərbaycana fərdi zirehli geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 5 il müddətinə vergidən azad edilir. Şəffaflıq.az-ın xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur. Dəyişikliklə Məcəlləyə yeni maddə əlavə edilir. Həmin maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı – 2021-ci il oktyabrın 15-dən 5 il müddətinə vergidən azad edilir. Qanun 2021-ci il oktyabrın 15-dən tətbiq edilir. Geri qayıt |