Əsas Səhifə > Cəmiyyət > Peşə hazırlığına cəlb olunan şəxslərə təqaüd veriləcək

Peşə hazırlığına cəlb olunan şəxslərə təqaüd veriləcək


7-12-2021, 16:09
 “Məşğulluq haqqında” qanuna dəyişiklik edilir.
Şəffaflıq.az-ın xəbərinə görə, sənəddə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslərin peşə hazırlığı kurslarına ödənişsiz cəlb edilməsi, həmçinin peşə hazırlığına cəlb olunduqları dövrdə təqaüd almaları, haqqı ödənilən ictimai işlərə, habelə özünüməşğulluğa cəlb olunmaları kimi aktiv məşğulluq tədbirlərini təsbit edən müddəalar əlavə olunur.
Layihə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.
Xatırladaq ki, dəyişiklik layihəsi “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycanın 2020-ci il 29 dekabr tarixli 235-VIQ nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1233 nömrəli Fərmanının icrası çərçivəsində hazırlanıb."Report"

Geri qayıt