Əsas Səhifə > Hadisə > DİN: "Bu il Azərbaycanda adamların girov götürülməsi faktı qeydə alınmayıb”

DİN: "Bu il Azərbaycanda adamların girov götürülməsi faktı qeydə alınmayıb”


7-12-2021, 10:18
"Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda adamların girov götürülməsi faktı qeydə alınmayıb”.
Bunu "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, 2021-ci ilin ötən dövründə cinayətlərin açılma faizi orta hesabla 90 faizə yaxındır: “Elə cinayətlər var ki, xüsusən şəxsiyyət əleyhinə olan cinayətlərin 100 faiz açılması təmin edilib. Bu il adamların girov götürülməsi faktı qeydə alınmayıb”.

Geri qayıt