Əsas Səhifə > SİYASƏT > Hesablama Palatasının səlahiyyətlərindən biri ləğv edildi

Hesablama Palatasının səlahiyyətlərindən biri ləğv edildi


31-07-2019, 18:54

 Hesablama Palatasının səlahiyyətlərindən biri ləğv edilib.
Bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə sərəncam imzaladığı “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
Beləliklə, Hesablama Palatası büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi və Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar da daxil olmaqla, icmal büdcəsinin, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy verəcək. Buna qədər isə Hesablama Palatası büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi də daxil olmaqla, icmal büdcəsinin, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy verib.
Digər dəyişikliyə əsasən, Hesablama Palatasının inzibati xətalar haqqında işlərə baxması və inzibati tənbeh tətbiq etməsi səlahiyyətləri ləğv edilib.(apa)

Geri qayıt