Əsas Səhifə > REGİON / Cəmiyyət > Vətən müharibəsi şəhidi Nicat Həsənquliyevin doğum gününə həsr olunmuş atletika üzrə rayon birinciliyi keçirilib
Vətən müharibəsi şəhidi Nicat Həsənquliyevin doğum gününə həsr olunmuş atletika üzrə rayon birinciliyi keçirilib6-12-2021, 18:22 |
Bu gün İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin, Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyində şəhid Nicat Həsənquliyevin doğum gününə həsr olunmuş atletika üzrə rayon birinciliyi keçirilib. Şəffaflıq.az xəbər verir ki, şəhid ailə üzvlərinin də iştirak etdiyi tədbirin keçirilməsində əsas məqsəd Vətən müharibəsi şəhidlərinin qəhrəmanlığını idmançılar arasında təbliğ etmək, yeniyetmə və gənc idmançıların vətənpərvərlik ruhunun yüksəldilməsi və atletika idman növünə marağın artırılması təşkil edib. İlk öncə tədbir iştirakçıları İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin həyətində şəhidlərin xatirəsinə ucaldılmış abidə-kompleksi ziyarət edib, önünə gül dəstələri düzüb, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqlik sükutla yad ediblə Çıxış edənlər yarış iştirakçılarına ölkədə və xüsusi ilə İsmayıllı rayonunda aparılan Dövlət İdman Siyasətinin uğurlarından danışaraq, bildiriblər ki, müstəqillik dövründə aparılmış uğurlu işlərin nəticəsi olaraq, artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Qeyd olunub ki, şəhid Nicat Həsənquliyev və digər qəhrəman şəhidlərimizin hər biri Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmişlər. İdmançılara uğurlar arzulandıqdan sonra yarışa start verilib. Yarışın qalibləri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə mükafatlandırılıblar. Məlumat üçün bildirək ki, Azərbaycan Ordusunun kiçik çavuşu olan Nicat Həsənquliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Həsənquliyev oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Geri qayıt |