Əsas Səhifə > Hadisə > Sumqayıt sakini Həkimlərin səylərinə baxmayaraq, ilan sancmasından ölüb.
Sumqayıt sakini Həkimlərin səylərinə baxmayaraq, ilan sancmasından ölüb.31-07-2019, 18:48 |
Sumqayıt sakini ilan sancmasından ölüb. Şəffaflıq.az xəbər verir ki, hadisə şəhərin “Yaşma bağları” adlanan yaşayış massivində olub. Belə ki, Sumqayıt sakini, 1953-cü il təvəllüdlü Soltanov Adil Mövlud oğlu fərdi yaşayış evinin həyətyanı sahəsində iş görərkən onu ilan sancıb. O, dərhal təcili tibbi yardım maşını ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Vəziyyəti ağırlaşan şəhər sakini reanimasiyaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, ilan sancan şəxsi xilas etmək mümkün olmayıb və o, dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |