Əsas Səhifə > Mədəniyyət > Mədəniyyət naziri abidələr üzrə ekspertlərlə gələcək planları müzakirə edib
Mədəniyyət naziri abidələr üzrə ekspertlərlə gələcək planları müzakirə edib5-12-2021, 13:54 |
Mədəniyyət naziri Anar Kərimov heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyasının üzvləri ilə görüşüb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə nazir özünün tviterdəki səhifəsində bildirib. “Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyasının üzvləri ilə ilk görüşümüzü keçirdik və bu sahədə gələcək planlarımızı müzakirə etdik. Komissiya üzvlərinə dəyərli töhfələrinə görə təşəkkür edirəm”, - nazir əlavə edib. Geri qayıt |