Əsas Səhifə > Hadisə > Almaniyada 218 azərbaycanlının işi məhkəməyə göndərilib
Almaniyada 218 azərbaycanlının işi məhkəməyə göndərilib4-12-2021, 16:54 |
Almaniyada icazəsiz yaşayan 218 Azərbaycan Respublikası vətəndaşının işi məhkəməyə göndərilib. Bunu “Report”un Avropa bürosuna Almaniya Federal Kriminal İdarəsindən bildiriblər. Məlumatda deyilir ki, Almaniya Federativ Respublikasının Miqrasiya Qanununun müvafiq bəndlərini pozaraq ölkədə qanunsuz yaşayan 218 Azərbaycan Respublikası vətəndaşı haqqında toplanmış materiallar yerli idarə məhkəmələrinə göndərilib. Həmin şəxslər Azərbaycanla Avropa İttifaqı arasında bağlanan “Readmisiya sazişi”nə əsasən ölkələrinə göndəriləcəklər. Məlumat üçün bildirək ki, bu ilin noyabr ayında readmissiya haqqında saziş çərçivəsində 43 Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib. Geri qayıt |