Əsas Səhifə > Gündəm / Hadisə > İlin sonuncu Günəş tutulması hadisəsi oldu

İlin sonuncu Günəş tutulması hadisəsi oldu


4-12-2021, 14:58

 

Dekabrın 4-də bu ilin son sonuncu Günəş tutulması hadisəsi başlayıb.

Şəffaflıq.az xəbər verir ki, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Günəş tutulması hadisəsi saat 09:29:16-dan başlanıb və saat 13:37:26-da sona çatıb. Ümumilikdə 4 saat 8 dəqiqə davam edən tutulmanın maksimumu saat 11:34:38-də olub.

Tam tutulma Antarktidada müşahidə olunmuşdur. Avstraliyanın, Afrikanın və Cənubi Amerikanın cənubunda, Sakit, Atlantik, Hind okeanlarında isə qismən tutulma müşahidə edilmişdir.


Günəş tutulması Azərbaycanda müşahidə olunmayıb.

Geri qayıt