Əsas Səhifə > XARİCİ XƏBƏR > Ermənistanın yeni ombudsmanının adı açıqlandı - Tatoyan yola salınır
Ermənistanın yeni ombudsmanının adı açıqlandı - Tatoyan yola salınır4-12-2021, 13:56 |
![]() Şəffaflıq.az “AzPolitika.info”-ya istinadən xəbər verir ki, Nikol Paşinyan hökuməti parlamentdə Tatoyanın növbəti müddətə namizədliyini dəstəkləmək fikrində deyil. Əksinə, artıq bu gün hakim partiya ombudsman postuna yeni namizədinin adını açıqlayıb. Bu, hazırda Ədliyyə nazirinin müavini vəzifəsini tutan Kristine Qriqoryandır. ![]() İndiyə kimi dəfələrlə hökumətlə ombudsman arasında insidentlər yaşanıb. Hakimiyyət təmsilçiləri Tatoyanı xarici təşkilatlara saxta, şişirdilmiş məlumatlar, şikayətlər ötürməkdə günahlandırıb. Bu sıraya hətta Tatoyanın Azərbaycanın ünvanına səsləndirdiyi ittihamlar da daxildir. Xatırladaq ki, məhz o, sərhəddə və Qarabağda baş verən hadisələr, qarşıdurmalar barədə beynəlxalq qurumlara və aparıcı dövlətlərə ən çox saxta şikayətlər ünvanlayan şəxsdir. Buna baxmayaraq, Tatoyan vəzifəsi dövründə ölkəsində bir xeyli siyasi nüfuz qazana bilib. Ehtimal olunur ki, bu saxtakar bundan sonra siyasətə qatılacaq və müxalif düşərgədə yer alacaq. Yeni xanım ombudsmanın sələfi qədər həyasız və saxtakar olub-olmayacağını isə zaman göstərəcək. Geri qayıt |