Əsas Səhifə > Cəmiyyət > Vergi Xidməti: Təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alanlar himayədə olanlara aid deyillər

Vergi Xidməti: Təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alanlar himayədə olanlara aid deyillər


4-12-2021, 00:01
Qanunvericiliyə əsasən, bəzi şəxslər himayədə olanlara aid edilmirlər.
Şəffaflıq.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa) himayədə olanlara aid deyillər.
Həmçinin dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar), eləcə də, xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar da həmin siyahıya daxildir.

Geri qayıt