Əsas Səhifə > HƏRBİ > Polkovnik mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib
Polkovnik mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib3-12-2021, 14:28 |
"Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işğaldan azad edilən ərazilərdə öz işlərini layiqincə yerinə yetirirlər". Şəffaflıq.az-ın Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bunu nazirliyin "N" saylı hərbi hissəsinin komandiri, polkovnik Əbülfəz Süleymanov deyib. O bildirib ki, qarşıya qoyulan tapşırıqlar uğurla həyata keçirilir: "İşimizin ağır olmasına baxmayaraq, fəaliyyətimizi layiqincə həyata keçiririk. Hava şəraitindən aslı olmayarq əlimizdən gələni edirik ki, torpaqlarımız minalardan və partlamamış mərmilərdən təmizlənsin". Ə.Süleymanov vətəndaşlara çağırış edib: "Xahiş edirəm ki, minalardan təmizlənməyən ərazilərə daxil olmasınlar". Onun sözlərinə görə, FHN əməkdaşları hazırda Füzuli və Ağdam rayonları ərazisində su hövzələrinin minalardan təmizlənməsinə cəlb edilib: "Su hövzələrinin minalardan təmizlənməsi böyük əhəmiyyət kəsb edir. Məqsədimiz vətəndaşlarımız tezliklə geri qayıtdıqdan sonra onların kənd təsərüffatı işləri ilə rahat şəkildə məşğul olmalarına şərait yaratmaqdır". Geri qayıt |