Əsas Səhifə > REGİON > Bu gün Stokholmda GUAM XİN başçılarının görüşü olacaq
Bu gün Stokholmda GUAM XİN başçılarının görüşü olacaq2-12-2021, 09:30 |
GUAM təşkilatına üzv ölkələrin xarici işlər nazirləri Şurasının 37-ci iclası keçiriləcək. “Report”un Gürcüstan bürosu xəbər verir ki, nazirlər ATƏT Xarici İşlər Nazirləri Şurasının İsveçin paytaxtı Stokholm şəhərində 2-3 dekabr tarixində keçiriləcək 28-ci iclası çərçivəsində bir araya gələcəklər. Moldova XİN-nin məlumatına əsasən, GUAM XİN başçılarının görüşü bu gün olacaq. Toplantıda təşkilat çərçivəsində əməkdaşlıq dəyərləndiriləcək, növbəti illər üçün təkliflərin müzakirəsi aparılacaq və təşkilata 2022-ci il üçün sədrlik Moldovaya təhvil veriləcək. Qeyd edək ki, 2021-ci ildə GUAM-a Gürcüstan sədrlik edib. Şəffaflıq.az Geri qayıt |