Əsas Səhifə > Dünya > Ukrayna Prezidenti parlamentə vətəndaşlıq haqqında yeni qanun layihəsi təqdim edib

Ukrayna Prezidenti parlamentə vətəndaşlıq haqqında yeni qanun layihəsi təqdim edib


1-12-2021, 13:44
Ukrayna Prezidenti Volodımır Zelenskiy bir neçə vətəndaşlıq haqqında qanun layihəsini parlamentə təqdim edib.
Şəffaflıq.az UNİAN-a istinadən xəbər verir ki, bunu dövlət başçısı parlamentə illik müraciətində bildirib.
O deyib ki, dünyada ukraynalı toplumun dəstəklənməsi xarici siyasətimizin mühüm istiqamətlərindəndir.
Prezident bir neçə vətəndaşlıq məsələsinin ABŞ, Kanada, Avropa İttifaqı ölkələrində yaşayan ukraynalılar üçün mühüm əhəmiyyət daşıdığını söyləyib: “Bu gün müvafiq qanun layihəsini parlamentin müzakirəsinə çıxarıram. İlk dəfə dünya ukraynalıları özlərini yalnız diaspor, yalnız Ukrayna mənşəli yox, Ukrayna vətəndaşı kimi də hiss edəcəklər!”

Geri qayıt