Əsas Səhifə > Hadisə > BMT rəsmisi Azərbaycana başsağlığı verib
BMT rəsmisi Azərbaycana başsağlığı verib30-11-2021, 22:05 |
“Xızıda faciəvi helikopter qəzası xəbəri kədərləndirdi”. Şəffaflıq.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva özünün tviterdəki hesabında yazıb. “Yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir. Xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, - BMT rəsmisi əlavə edib. Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. Geri qayıt |