Əsas Səhifə > SİYASƏT > Kreml ümid edir ki, Putinlə Bayden ilin sonuna qədər görüşəcək

Kreml ümid edir ki, Putinlə Bayden ilin sonuna qədər görüşəcək


29-11-2021, 09:27
 

Rəsmi Moskva ümid edir ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden arasında görüş bu il baş tutacaq.

Şəffaflıq.az xəbər verir ki, bu barədə KİV-ə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O, danışıqlarının tarixinin hələ müəyyən edilmədiyini vurğulayıb:
“Ümid edirik ki, ilin sonuna kimi görüş baş tuta biləcək. Çox güman ki, bu, videokonfrans olacaq”.
Noyabrın ortalarında Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov departamentin sammitə hazırlaşdığını təsdiqləyib. Onun sözlərinə görə, “gündəm böyükdür”.
Öz növbəsində, Ağ Evin mətbuat katibi Cen Psaki vurğulayıb ki, Vaşinqton ölkə liderlərinin gözlənilən görüşləri barədə məlumat verməyə tələsmir.

Geri qayıt